31 may 2026 - 19:03
Hizbullahın FPV hücumunda israilli qadın zabit darmadağın edildi

İsrail mediası işğal etdikləri Fələstinin şimalında Hizbullahın intiharçı FPV dronun partlaması nəticəsində bir qadın zabitin öldüyünü və iki nəfərin yaralandığını bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İbrani dilli xəbər saytı Hadshot Hamut İsrail ordusunun Guati Briqadasının Rotim Batalyonunun zabiti Rotim Yanainin ölüm xəbərinin dərc olunmasına icazə verdiyini açıqlayıb.

Məlumata görə, israilli zabit yəhudilər tərəfindən işğal olunmuş Fələstinin şimalındakı Şumra şəhərindəki hərbi bazaya Hizbullahın atdığı intiharçı pilotsuz təyyarəsi nəticəsində həlak olub.

İbrani dilli mənbələr həmçinin Kibbutz Gurin təcili yardım bölməsindən iki hərbiçisinin də Hizbullahın pilotsuz təyyarənin partlaması nəticəsində yaralandığını bildirib.

Sizin rəyiniz

You are replying to: .
captcha