13 may 2026 - 16:08
Source: IRNA
İİR XİN-i: Rafael Qrossi siyasi oyunlardan əl çəkməlidir

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Beynəlxalq Atom Enerjisi Agentliyin baş direktorunun iddialarına reaksiya verərək vurğulayıb: Beynəlxalq Atom Enerjisi Agentliyinin vəzifəsi yoxlama aparmaqdır, Hörmüz boğazı, İranın raketləri və ya Tehranın davranışı barədə siyasi mesajlar vermək deyil.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, Beynəlxalq Atom Enerjisi Agentliyin baş direktoru Rafael Qrossinin regional hadisələrlə bağlı təşkilati səlahiyyətlərini aşan açıqlamalarına cavab olaraq “X” sosial şəbəkəsində yazıb: BAEA-nin vəzifəsi yoxlama aparmaqdır, Hörmüz boğazı, İranın raketləri və ya Tehranın davranışı barədə siyasi mesajlar vermək deyil.

Bəqayi vurğulayıb: Peşəkar tərəfsizlik siyasi davranışların və ya şəxsi ambisiyaların qurbanına çevrildiyi zaman, qurumların etibarı zədələnir və bir müddət sonra onların effektivliyi də pozulur.

Sizin rəyiniz

You are replying to: .
captcha