6 may 2026 - 18:17
Source: IRNA
Əraqçi Çinin xarici işlər nazirinə: İran diplomatiya sahəsində ciddi və prinsipialdır

Əraqçi Çinin xarici işlər nazirinə: İran diplomatiya sahəsində ciddi və prinsipialdır

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Diplomatik nümayəndə heyətinin rəhbəri qismində Pekinə səfər edən İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün — 6 may tarixində Çin Kommunist Partiyasının Xarici Əlaqələr Komissiyasının katibi və Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari əməkdaşlıq, həmçinin tərəflər arasında imzalanmış sazişlərin icra prosesi müzakirə olunub.

Ölkəmizin xarici işlər naziri İran və Çin kimi iki böyük sivilizasiya arasındakı qədim əlaqələrə işarə edərək, Çini İranın yaxın dostu və strateji tərəfdaşı kimi xarakterizə edib. O, İran İslam Respublikası hökumətinin qarşılıqlı hörmət və etimada əsaslanan İran-Çin hərtərəfli strateji tərəfdaşlığı çərçivəsində iki ölkə arasında strateji və dostluq münasibətlərinin hərtərəfli inkişaf etdirilməsi istiqamətində ciddi və qəti iradəyə malik olduğunu vurğulayaraq bildirib: “İnanırıq ki, yeni şəraitdə iki ölkə arasında əməkdaşlıq və strateji tərəfdaşlıq əvvəlkindən daha güclü şəkildə davam edəcək.”

Diplomatik aparatın rəhbəri ABŞ və sionist rejimin İran xalqına qarşı törətdiyi cinayətləri və 40 günlük məcburi müharibə zamanı humanitar hüququn kobud şəkildə pozulmasını izah edərək, ABŞ və İsrail tərəfindən BMT Nizamnaməsinin əsas prinsiplərinin pozulmasını pisləməkdə Çinin prinsipial mövqeyinə, həmçinin ABŞ-nin BMT Təhlükəsizlik Şurasından sui-istifadəsinə qarşı məsuliyyətli yanaşmasına görə bu ölkəyə təşəkkür edib.

Seyid Abbas Əraqçi həmçinin çinli həmkarını ABŞ-sionist rejiminin İran İslam Respublikasına qarşı apardığı məcburi müharibənin dayandırılması istiqamətində davam edən diplomatik proseslər, səylər və təşəbbüslər, o cümlədən Pakistanın vasitəçiliyi ilə İran-ABŞ danışıqlarının gedişi barədə məlumatlandıraraq vurğulayıb: “İran özünü müdafiə sahəsində necə qüdrətlə çıxış etdisə və hər cür təxribatla mübarizə üçün tam hazırlıq vəziyyətindədirsə, diplomatiya sahəsində də ciddi və prinsipialdır.”

Sizin rəyiniz

You are replying to: .
captcha