6 may 2026 - 18:04
Source: IRNA
Əl-Cəzirə: İranlılar müharibə və iqtisadi problemlərə baxmayaraq vəhdətə təkid edirlər

Əl-Cəzirə: İranlılar müharibə və iqtisadi problemlərə baxmayaraq vəhdətə təkid edirlər

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qətərin Əl-Cəzirə televiziya kanalı ABŞ və İsrailin İrana hücumuna və bəzi infrastruktur və yaşayış binalarının dağıdılması və nəticədə xalqa təzyiq kimi yaranan problemlərə toxunaraq elan etdi: "Bu çətin şəraitdə iranlılar düşmənə qarşı birliyə və vətəni müdafiə etməyə ehtiyac olduğunu vurğulayırlar."

Əl-Cəzirə müxbiri ABŞ və İsrailin İrana 28 fevral 2026-cı ildə başlayan hücumundan sonra xalqın, xüsusən də Tehran xalqının vəziyyəti ilə bağlı reportajda dedi: "Bu müharibə bəzi malların qiymətlərinin artmasına səbəb oldu və nəticədə xalqın alıcılıq qabiliyyətini azaldıb və onları təzyiq altında qoydu. Lakin iqtisadi vəziyyətdən narazılıqlarına baxmayaraq, bir çox insan hər kəsin düşmənə qarşı birləşməli və ölkəni müdafiə etmək üçün ayağa qalxmalı olduğunu vurğulayır."

Tehranın bəzi küçələrində olan və müharibənin yaratdığı mövcud vəziyyət və onun problemləri barədə insanlarla müsahibə aparan kanalın müxbiri dedi: Bəzi ərzaq satıcıları mövcud vəziyyət barədə bildiriblər ki, müharibə zamanı Tehranda bir sıra insanlar evlərini tərk ediblər, nəticədə paytaxtda əsas malların satışı azalıb və atəşkəs elan edildikdən və insanlar evlərinə qayıtdıqdan sonra qiymətlərin artması səbəbindən insanlar alış-verişlərini azaldıblar.

Sizin rəyiniz

You are replying to: .
captcha