Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Donald Tramp administrasiyasının müharibə naziri Pit Heqset çərşənbə günü yerli vaxtla Konqresdə Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin “2027-ci maliyyə ili üçün Müdafiə Nazirliyinin büdcə tələbi” adlı dinləməsində iştirak edib.
Bu Pit Heqsetin İranla müharibədən sonra ilk dəfə ABŞ Konqresində etdiyi çıxışdır. Və bu çıxış qalmaqalla yadlarda qaldı.
Belə ki, o, əvvəlki iddialarını təkrarlayaraq və ziddiyyətli bəyanatlar verərək bu müharibəyə qarşı çıxan konqres üzvlərinə hücum edib.
Halbuki, Pentaqonda maliyyə üzrə yüksək vəzifəli bir rəsmiyə görə, bu müharibə indiyədək yalnız sursat, texnika və onların saxlanması üçün təxminən 25 milyard dollara başa gəlib.
Heqset bu iclas zamanı İranla davam edən müharibəyə qarşı çıxanları sərt şəkildə tənqid edərək, hökumətin fəaliyyətini tənqid edən qanunvericiləri “ən böyük düşmən” adlandırıb və qəzəbli şəkildə qışqırıb: Hazırda üzləşdiyimiz ən böyük çağırış və ən böyük düşmən Konqresdəki demokratların və bəzi respublikaçıların məsuliyyətsiz, zəif və bədbin bəyanatlarıdır.
Sizin rəyiniz