Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Rtespublikasının Xarici İşlər Naziri cənab Seyyid Abbas Əraqçi Sant Peterburqa etdiyi işgüzar səfərindən sonra özünün "X" sosial şəbəkəsindəki hesabında belə yazıb:
“Region böyük və həlledici dəyişikliklər mərhələsindən keçdiyi bir vaxtda, xoşbəxtlikdən bizim Rusiya ilə qarşılıqlı əlaqələrimiz ən yüksək səviyyədə davam edir.”
İran İslam Respublikasının xarici işlər naziri əlavə edib: “Son hadisələr strateji tərəfdaşlığımızın dərinliyini və möhkəmliyini açıq şəkildə göstərdi. Münasibətlərimiz genişləndikcə mövcud həmrəyliyə görə minnətdarıq və Rusiyanın diplomatiya yoluna verdiyi dəstəyi alqışlayırıq.”
Sizin rəyiniz