Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının mühasirəsinin başladığını iddia edib; elə bir addım ki, ekspertlər bunu dünya enerji bazarı üçün son dərəcə riskli və baha başa gələ biləcək bir təhdid kimi qiymətləndiriblər.
Donald Tramp bu gün “Truth Social” sosial şəbəkəsində İranın dənizdən və limanlardan mühasirəyə alınmasının başladığını irəli sürüb, halbuki bu iddia ötən həftə əldə olunmuş atəşkəsin açıq şəkildə pozulması sayılır.
İran İslam Respublikasına qarşı təcavüzkar müharibə dövründə Silahlı Qüvvələr Hörmüz boğazına tam nəzarətə malik olub və hazırda da bu nəzarət davam edir. Bununla belə, ABŞ prezidenti bir daha İran dəniz qüvvələrinin məhv edildiyini iddia edərək deyib: İranın dəniz qüvvələri dənizin dibindədir və tamamilə məhv edilib.
İslamabad danışıqlarında öz hökumətinin tələblərinin nəticə verməməsindən sonra o, hədələyərək bildirib ki, əgər İran gəmilərindən hər hansı biri mühasirə zonasına yaxınlaşsa, dərhal məhv ediləcək.
Bu hədələr fonunda Cənubi Koreyanın keçmiş sualtı qayıq zabiti və Koreya Müdafiə Analizi İnstitutunun tədqiqatçısı Yu Ci Hun, İranın qarşılıq vermək imkanlarına görə Hörmüz boğazının və İran limanlarının mühasirəsini “çox riskli” adlandırıb.
CNBC telekanalı analitiklərin fikrinə istinad edərək xəbər verib ki, Hörmüz boğazının və İran limanlarının mühasirəsi dünya tarixinin ən ağır enerji böhranını daha da kəskinləşdirə bilər və bu “səhv hesablamanın” ölümcül nəticələri barədə xəbərdarlıq edib.
Sizin rəyiniz