7 aprel 2026 - 13:33
İran Səudiyyə və Birləşmiş Ərəb Əmirliklərinə xəbərdarlıq etdi: Ərazilərinizdən Ölkəmizə qarşı hücum edilməsinin qarşısını alın!

İran İslam Respublikası Səudiyyə vəhhabi rejimi ilə vəhhabi Birləşmiş Ərəb Əmirliklərini mehriban qonşuluq prinsiplərinə riayət etməyə çağırararaq ABŞ-a verdikləri ərazilərdən İrana olunan hücumların qarşısını almaqlarına çağırıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Təhlükəsizlik Şurasına və BMT Baş katibinə ünvanladığı iki ayrı məktubda Səudiyyə vəhhabi krallığını və Birləşmiş vəhhabi Ərəb Əmirliklərini mehriban qonşuluq prinsiplərinə riayət etməyə və ABŞ-a verdikləri ərazilərindən İrana qarşı davamlı hərbi hücumların qarşısını almağa çağırıb.

İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani bazar ertəsi yerli vaxtla BMT Baş katibi və Təhlükəsizlik Şurasının sədri Antonio Quterreşə ünvanladığı məktublarda əlavə edib:

Dövlətlərin ərazilərini təcavüz aktları törətmək və üçüncü bir dövlətin ərazisinə silahlı hücumlar həyata keçirmək üçün istifadə etməkdən irəli gələn beynəlxalq məsuliyyətini nəzərə alaraq, İran İslam Respublikası yuxarıda qeyd olunan qanunsuz hərəkətlərə qarşı sərt və qəti etirazını bildirir.

İrəvani vurğulayıb: İran İslam Respublikası Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini mehriban qonşuluq prinsiplərinə riayət etməyə və ərazilərinin İran İslam Respublikasına qarşı davamlı istifadəsinin qarşısını almağa çağırır.

Sizin rəyiniz

You are replying to: .
captcha