Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ABŞ və sionist satanist rejimlərin İrana qarşı hücumları nəticəsində şəhid və yaralılarla bağlı son statistik məlumatları açıqlayaraq bildirib ki, bu hücumlar nəticəsində 8 xəstəxana təxliyə edilib.
Nazirlik ölkənin müalicə infrastrukturlarına dəyən ziyan, şəhid və yaralıların vəziyyəti ilə bağlı ən son detalları 5 aprelə (müharibənin 37-ci günü) qədər açıqlayıb.
Məlumata əsasən, Tehran və Hörmüzqan vilayəti ən çox şəhid sayının qeydə alındığı bölgələrdir. Yaralılar arasında 4 721 qadın, 1 917 nəfər 18 yaşadək uşaq və 68 nəfər 2 yaşdan aşağı uşaq olub.
Müalicə sahəsində 32 533 nəfər müalicə olunaraq evə buraxılıb, 480 xəstə isə hazırda xəstəxanalarda qalır və onların müalicəsi davam edir. İndiyədək yaralılar üzərində 1 200 cərrahi əməliyyat aparılıb.
Milli səhiyyə qrupu — tibbi personal və təcili yardım əməkdaşlarından ibarət heyət — 117 yaralı, 24 səhiyyə işçisi isə ön cəbhədə şəhid olub.
Bundan əlavə, 251 qadın, 216 nəfər 18 yaşadək uşaq və 17 nəfər 5 yaşdan aşağı uşaq şəhid olub.
Sizin rəyiniz