Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümümdünya Müsəlmanlarının Ali Lideri, İslam İnqilabının Ali Rəhbərinin müşavirləri Əli Əkbər Vilayəti və Məhəmməd Müxbir Ağ Evin “axmaq səhvlərini” təkrarlaması və bunun nəticələri barədə xəbərdarlıq ediblər.
Əli Əkbər Vilayəti bu gün, bazar günü (5 aprel 2026) X sosial şəbəkəsində mənalı bir mesaj paylaşaraq ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edib və yazıb: Müqavimət cəbhəsinin vahid komandanlıq qərargahı Babül‑Məndəb boğazını Hörmüz kimi qiymətləndirir və əgər Ağ Ev öz axmaq səhvlərini təkrarlamağı düşünərsə, çox tez anlayacaq ki, enerji və qlobal ticarət axını tək bir işarə ilə pozula bilər.
Vilayəti mesajının davamında vurğulayıb: “ABŞ tarixi İrandan öyrənsə də, hələ də gücün coğrafiyasını öyrənə bilməyib.”
İnqilab Rəhbərinin siyasi müşaviri Məhəmməd Müxbir isə ABŞ qüvvələrinin Təbəsdə məğlubiyyəti ilə İsfahan şəhəri yaxınlığında ABŞ təyyarə və pilotsuz aparatlarının vurulmasını göstərən bir şəkil paylaşaraq yazıb: “Təbəsin Allahı yaşayır. Nəhayət, Amerikanın saxta qüdrətinin pambığı aşkar oldu.”
O, şəxsi səhifəsində yayımladığı yazının davamında qeyd edib: Bu məğlubiyyətlər yalnız ABŞ‑nin hərbi texnikası və qüvvələri ilə bağlı deyil. İslam döyüşçülərinin Ələvi şücaətindən doğan güc və düşmən komandanlığında ağıl və tədbirin olmaması bizim qələbə üstünlüyümüzdür.
Sizin rəyiniz