6 aprel 2026 - 13:13
Source: IRNA
İrannın raketi sionist rejimin müharibə nazirliyinin qərargahına dəyib

İrannın raketi sionist rejimin müharibə nazirliyinin qərargahına dəyib

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının raket hücumu nəticəsində sionist rejimin ordusunun baş qərargahı və müharibə nazirliyinin qərargahı darmadağın edilib.

Eyni zamanda, bütün xəbərləri şiddətli sürətdə senzura edən İsrail rejimi “Kan” telekanalında xəbər verib ki, bu gün səhər İrandan buraxılan raketdən iki kaset bombası Tel-Əvivdə İsrail ordusunun müharibə nazirliyinin qərargahı yaxınlığına dəyib.

İranın raket hücumundan sonra Hayfa, Cəlil və işğal olunmuş Fələstinin bütün şimal bölgəsində xəbərdarlıq siqnallarının aktivləşdirildiyini bildirib.

Həmçinin ivritdilli media xəbər verib ki, sionist rejimin hava hücumundan müdafiə qatından ən azı bir raket keçərək hədəfə çatıb.

İsrail mediası bildirib ki, bu hücum İran və Livan tərəfindən sionist rejimə qarşı həyata keçirilən birgə hücumdur, Yuxarı Cəlildə güclü partlayışlar baş verib və Əkka şəhərinə də raket dəyib.

Sizin rəyiniz

You are replying to: .
captcha