2 aprel 2026 - 18:19
Source: IRNA
Əraqçinin düşmənlər tərəfindən “saxta bayraq” əməliyyatlarının təkrarlanması ilə bağlı xəbərdarlığı

Əraqçinin düşmənlər tərəfindən “saxta bayraq” əməliyyatlarının təkrarlanması ilə bağlı xəbərdarlığı

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi və Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon danışığı zamanı regionda baş verən son hadisələr barədə məsləhətləşmə və fikir mübadiləsi aparıblar.

Türkiyənin xarici işlər naziri İslamabadda Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirlərinin iştirakı ilə keçirilmiş son dördtərəfli görüşə toxunaraq, region ölkələrinin müharibənin dayandırılması, sülh və sabitliyin bərqərar olunmasına dəstəyini vurğulayıb.

Ölkəmizin xarici işlər naziri ABŞ və sionist rejimin İrana qarşı apardığı məcburi müharibənin son vəziyyətini izah edərək bütün dövlətlərin təcavüzkarların törətdiyi cinayətləri, xüsusilə məktəblərə, universitetlərə və elmi mərkəzlərə, tarixi və mədəni abidələrə, istehsal və enerji infrastrukturuna, eləcə də yaşayış məntəqələrinə hücumları qınamaq məsuliyyəti daşıdığını vurğulayıb. O bildirib: ABŞ rəsmilərinin İranın enerji və istehsal infrastrukturuna hücumla bağlı açıq təhdidlər səsləndirməsi özlüyündə cinayət xarakterli təhdiddir və ABŞ hökumətinin beynəlxalq hüququn fundamental əsaslarına və humanist prinsiplərə açıq hörmətsizliyinin göstəricisidir. Bununla bağlı beynəlxalq ictimaiyyətin qəti reaksiya verməsi zəruridir.

Əraqçi bəzi mənbələr tərəfindən İranın Türkiyə istiqamətinə raket atması barədə yayılan xəbərləri tamamilə əsassız adlandırıb və regionda sülh və dostluğun düşmənləri tərəfindən “saxta bayraq” əməliyyatlarının təkrarlanması ehtimalı ilə bağlı xəbərdarlıq edib.

O qeyd edib: İran İslam Respublikası yaxşı qonşuluq prinsipinə, Türkiyənin milli suverenliyi və ərazi bütövlüyünə hörmətə sadiqdir və mümkün iddiaların araşdırılması üçün birgə texniki əməkdaşlığa hazırdır.

Sizin rəyiniz

You are replying to: .
captcha