Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında səfiri və daimi nümayəndəsi Beynəlxalq Atom Enerjisi Agentliyinin fəaliyyətini tənqid edərək bildirib ki, bu qurum ABŞ-nin təzyiqləri səbəbindən İranın nüvə obyektlərinə edilən hücumları qınamaq cəsarətinə malik deyil.
Mixail Ulyanov RİA Novosti agentliyinə müsahibəsində deyib:
ABŞ Agentliyin katibliyinə və üzv ölkələrə təzyiq göstərib. Agentliyin Baş Konfransında İran nüvə obyektlərinə hücumun qəbuledilməzliyi barədə qətnamə təqdim etmək istəyirdi, lakin cəmi 17 ölkə onu dəstəkləməyə hazır oldu. Bir çox ölkə ABŞ tərəfindən təzyiqə məruz qaldıqlarını etiraf edib.
Reallıq budur ki, bu gün dünyada çox vaxt beynəlxalq hüquqdan daha çox “meşə qanunu” üstünlük təşkil edir.
Sizin rəyiniz