Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Cəzirənin məlumatına görə, sionist media orqanları, o cümlədən Kanal 14, Livan Hizbullah Təşkilarının yəhudilərin işğal etdikləri ərazilərə hər gün təxminən 100 raket atdığını etiraf ediblər.
Sionist mənbələri həmçinin son bir neçə saat ərzində Livanın cənubunda baş verən ağır döyüşlərdən sonra bir sıra sionist əsgərinin öldüyünü və yaralandığını bildiriblər.
Hizbullah, Hayfanın şimalındakı "Əl-Kəriyot" ərazisində və cuhudların işğal etdikləri Fələstinin şimalındakı "Nəhariyyə" şəhərində düşmən ordusunun infrastrukturunu raket hücumları ilə hədəfə alıb.
Müqavimət döyüşçüləri həmçinin "Ən-Nəqura" limanı yaxınlığındakı sionist əsgərlərinin toplaşdığı yeri və "Roş Bina" şəhərinin cənubundakı "Filon" bazasına dəqiq şəkildə hədəf almaq üçün partlayıcı və xüsusi dronlardan istifadə ediblər.
Livanın cənub şəhərlərində isə Hizbullah bir neçə idarə olunan raket ataraq Aynata şəhərindəki işğalçı ordunun Merkava tanklarını məhv edib.
Həmçinin, düşmən ordusunun Qədmətha, Əl-Freyz, Əs-Sidr və Əl-Mütələs ərazilərindəki sionist hərbiçilərin toplandığı mərkəzləri ən ağır raket və artilleriya hücumları ilə hədəfə alıb. Nəticədə sionistlər arasında müəyyən itkilər meydana gəlib.
Sizin rəyiniz