Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf X sosial şəbəkə hesabında yazıb: sionist rejimin Qüdsdə “Xurma bazarı” mərasiminin keçirilməsinə mane olmasına baxmayaraq, bu mərasim dünən Tehran, Təbriz və Urmiyada keçirilib.
O bildirib ki, 1948-ci ildən əvvəl xristianlar işğal olunmuş torpaqların əhalisinin 12,5 faizini təşkil edirdi, hazırda isə bu göstərici 1 faizə enib.
Qalibaf vurğulayıb ki, sionizm İslam və xristianlığın hər cür izini silməyə çalışır.
O, həmçinin Tehrandakı Müqəddəs Qriqor kilsəsində keçirilən mərasimdən görüntüləri dünya ictimaiyyətinə təqdim edib.
Sizin rəyiniz