28 mart 2026 - 16:50
Source: IRNA
BMT İnsan Hüquqları Şurası Minabdakı məktəbə edilən hücumu yekdilliklə pisləyib

İclasda İranın xarici işlər naziri, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, təhsil hüququ üzrə xüsusi məruzəçi və qurbanlardan birinin anası çıxış edərək beynəlxalq birliyi bu aktı qınamağa çağırıblar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:  BMT-nin İnsan Hüquqları Şurası Cenevrədə keçirilən növbədənkənar iclasında Minab şəhərindəki “Şəcərəyi-Təyyibə” ibtidai məktəbinə təşkil olunan hücumu birmənalı şəkildə məhkum edib.

Ən azı 170-dən çox şagird və müəllimin həlak olması ilə nəticələnən bu hadisə ilə bağlı şura təcili təhqiqat aparılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.

İran İslam Respublikası, Çin və Kubanın müraciəti əsasında təşkil olunan bugünkü (cümə) iclasın məqsədi ABŞ və sionist rejimin ibtidai qız məktəbinə endirdiyi hava zərbələrini araşdırmaq və pisləmək olub.

İclasda İranın xarici işlər naziri, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, təhsil hüququ üzrə xüsusi məruzəçi və qurbanlardan birinin anası çıxış edərək beynəlxalq birliyi bu aktı qınamağa çağırıblar.

Sizin rəyiniz

You are replying to: .
captcha