Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Həzrət Xatəmül-Ənbiya (s) Mərkəzi Qərargahının komandanı Abdullahi mesajında vurğulayıb: Müharibənin bu həssas mərhələsində İran İslam Respublikasının qüdrətli Silahlı Qüvvələri əziz Rəhbərimizə tam itaət edərək, İranın ərazi bütövlüyünün müdafiəsi üzrə öhdəliklərinə sadiq qalır, bu qürurverici yolu ayıq və igid İran xalqının dəstəyi ilə tam qələbəyədək davam etdirəcəklər.
Kağız üzərində olan güclər, xüsusilə də ABŞ ki, onilliklər boyu dünya məzlum xalqlarını, xüsusilə İslam ölkələrini təhdid və qorxu ilə istismar edirdi, ilahi yardım sayəsində dünya ictimaiyyətinin gözü önündə diz çöküb. Onlar bu rüsvayçı məğlubiyyətdən sonra İran İslam Respublikasına qarşı koalisiya yaratmaq üçün çıxış yolu axtarır və özlərinin başladığı müharibədən çıxmağa çalışırlar.
ABŞ prezidenti Donald Tramp, meydandakı reallıqları dərk edərək və müharibə bataqlığına düşdüyünü anlayaraq, məqsədlərinə çatmaqdan ümidini üzəndən sonra müharibədən çıxmaq üçün bəzi ölkələrin liderlərinə üz tutub. Bu tarixi vəziyyət İranın qəhrəman xalqı üçün böyük bir iftixardır.
Sizin rəyiniz