Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran Qızıl Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd bildirib ki, düşmənin mülki infrastruktur hücumları ciddi itkilərə səbəb olub. Ən son məlumatlara (24 marta qədər) görə 82,417 mülki obyekt zərər görüb.
Bunlardan 62,440 yaşayış evi və 19,187 ticarət obyekti ölkənin müxtəlif bölgələrindədir.
Tehran vilayətində 25,280 yaşayış və ticarət obyekti zərər görüb.
Həmçinin 281 tibbi, dərman, sanitariya və təcili yardım mərkəzi, 498 məktəb və 17 Qızıl Aypara mərkəzi düşmən terror hücumları nəticəsində zərər görüb.
Bundan əlavə, yardım avadanlıqlarının bir hissəsi — 3 helikopter, 48 əməliyyat avtomobili və 46 təcili yardım maşını da zədələnib.
Sizin rəyiniz