Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri korpusu-SEPAH-ın Xatəmül-Ənbiya (s) Mərkəzi Qərargahının komandanı bildirib: "Düşmənin həyasızcasına təcavüzünə cavab olaraq, işğal olunmuş bütün ərazilər və Amerikanın regiondakı bazaları İran raketlərinin sarsıdıcı zərbələri altına alınıb və bu əməliyyat düşmən tam məğlub edilənədək fasiləsiz davam edəcək."
General-mayor Əli Abdullahi şənbə günü, 28 fevral 2026-cı il tarixində Amerika və sionist rejimin ölkəmizə hücumundan sonra qeyd edib:
"Elan etdiyimiz kimi, Amerika və sionist rejimin İran İslam Respublikasına qarşı həyasız təcavüzünə cavab olaraq, işğal olunmuş bütün ərazilər və cinayətkar Amerikanın regiondakı bazaları İran raketlərinin sarsıdıcı zərbələrinə məruz qaldı və bu əməliyyat düşmənin qəti məğlubiyyətinə qədər fasiləsiz davam edəcək."
General Abdullahi sözlərinə davam edərək deyib: "Amerika ordusunun və sionist rejimin İrana təcavüzünü nəzərə alaraq, işğal olunmuş ərazilərlə yanaşı, Amerikanın regiondakı bütün bazaları, resursları və mənafeləri İran İslam Respublikası Silahlı Qüvvələri üçün qanuni hədəf hesab olunur."
Sizin rəyiniz