Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Təhsil Nazirliyinin sözçüsü bildirdi: İndiyədək Amerika və sionist rejimin Minab qızlar məktəbinə vəhşicəsinə hücumu nəticəsində şəhid olanların sayı 87 nəfərə çatıb.
Yerli hal şahidlərinin verdikləri məlumata görə, dünya imperializmi və sionistlər bu gün Minab şəhərindəki qızlar məktəbinə üç mərhələdə raket hücumları təşkil ediblər.
Rəsmi məlumatlara görə, bu dəhşətli cinayətdə indiyə qədər 87 şagird şəhid olub, daha 33 nəfər isə yaralanıb.
Qeyd edək ki, dağıntıların miqyasını nəzərə alaraq, məktəbdə dağıntılar altından təmizləmə, şəhidlərin və yaralıların tapılması işləri hələ də davam edir.
Sizin rəyiniz