Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi Əfqanıstanda xaşxaş becərilməsinin geniş şəkildə bərpasının qarşısını almaq üçün xarici yardımdan əlavə alternativ gəlir mənbələrinə də ehtiyac olduğunu açıqlayıb.
Təşkilat, 15 fevral bazar günü dərc etdiyi hesabatda, davamlı və alternativ gəlir mənbələrinin olmaması halda fermerlərin, kənd ev təsərrüfatlarının xaşxaş becərməsinə qayıda biləcəyini vurğulayıb.
Təşkilatın məlumatına görə, qanuni bitkilərdən əldə edilən gəlir xaşxaşla müqayisədə əhəmiyyətsiz olduğu üçün, həmçinin quraqlıq, kənd təsərrüfatı torpaqlarının çatışmazlığı və qonşu ölkələrdən milyonlarla Əfqanıstan vətəndaşının geri qayıtması kimi iqtisadi və ekoloji amillər əmək bazarına və dolanışıq vasitələrinə təzyiqi artırdığına görə, aşağı gəlirli ailələr yenidən tiryək becərməyi düşünəcəklər.
Təşkilat qeyd edib ki, xaşxaşın qiyməti və gəlirliliyi yüksək olaraq qalır, gəlirlər buğda və ya pambıq kimi fermerlər üçün daha az gəlirli olan bitkilərdən daha yüksəkdir.
Sizin rəyiniz