Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası və Pakistanın xarici işlər nazirləri telefon danışığı zamanı regiondakı son hadisələri və beynəlxalq məsələləri müzakirə ediblər.
Seyid Abbas Əraqçi pakistanlı həmkarına Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasında Pakistanın göstərdiyi güclü dəstəyə və mövqeyinə, o cümlədən səsvermə tələbinə və İranla bağlı qətnamənin əleyhinə səs verdiyinə görə təşəkkür edib.
İranın xarici işlər naziri həmçinin Pakistanın baş naziri Şahbaz Şərifə, bu ölkənin hökumətinə və xalqına öz minnətdarlığını bildirib.
Sizin rəyiniz