24 yanvar 2026 - 17:17
Source: IRNA
Qalibaf: Son çevriliş terror hadisələri İran xalqına qarşı 12 günlük müharibənin tamamlayıcı mərhələsi idi

Qalibaf: Son çevriliş terror hadisələri İran xalqına qarşı 12 günlük müharibənin tamamlayıcı mərhələsi idi

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslami Şura Məclisinin sədri Türkiyə Böyük Millət Məclisinin sədri ilə telefon danışığında İranda baş verən son iki-üç günlük terror hadisələrindən danışaraq bildirib: Bu çevriliş və terror aktları İran xalqına qarşı 12 günlük müharibənin tamamlayıcı mərhələsi idi.

Qalibaf Türkiyə prezidenti, xarici işlər naziri və parlamentinin İran hökuməti və xalqına göstərdiyi açıq və qəti dəstəyə görə təşəkkürünü bildirib və qeyd edib: İranda baş verən son iki-üç günlük hadisələr İŞİD-in törətdiyi cinayətlərə bənzər, amma daha geniş və daha amansız terror əməliyyatı idi.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Qalibafın İsrail rejimi ilə bağlı fikirlərini təsdiq edərək əlavə edib: İsrail rejiminin əsas gücü İslam ölkələrinin birliyini pozmaq və parçalamaqdır.

Sizin rəyiniz

You are replying to: .
captcha