10 yanvar 2026 - 22:53
İmam Xamenei: İslam Cümhuriyyəti təxribatçılar müqabilində geri çəkilməyəcək \ Xalq hamılıqla hər bir düşmənə qalib gələcək

Ümümdünya Müsəlmanlarının Ali Lideri: Hamı bilməlidir, İslam Cümhuriyyəti yüz minlərlə şərafətli insanların tökülmüş qanları bahasına hakimiyyətə gəlibdir. İslam Cümhuriyyəti təxribatçılar və iğtişaşçılar müqabilində əsla geri çəkilməyəcək. Yadellilərin muzdurlarına dözməyəcək.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qum Əhalisinin həzrəti İmam Xomeyninin (ridvanullahi əleyh) himayəsinə qalxaraq, Hicri Şəmsi təqvimi ilə 1356-cı il, 19 Dey tarixində yaşadıqları ,Qanlı Qiyamının ildönümü münasibəti ilə hər il olduğu kimi bu il də minlərlə Qum Əhalisi ötən gün, səhər, Tehranda, İmam Xomeyni (ridvanullahi əleyh) adına Hüseyniyyədə İslam İnqilabının Ali Rəhbəri, Həzrəti Ayətullah Seyyid Əli Xamenei cənabları ilə görüş keçiriblər.

İmam Xamenei həzrətləri çıxışının bir hissəsində belə buyurmuşlar: “Ötən gecə (Cümə Axşamı gecəsi), bir ovuc təxribatçı və iğtişaşçı öz ölkəsinə aid olan binanı xarab etmişlər ki, Amerika Birləşmiş Ştatlarının prezidentini sevindirsinlər. Çünki o, -heç bir əlaqəsi olmayan bir söz – demişdir ki, əgər İran dövləti nəsə edərsə mən gəlib sizin tərəfinizi tutacağam, bu tərəf, ölkəyə zərər yetirənlər və iğtişaşçılardır. Bunların da ürəkləri onun sözlərinə görə qüvvət tapıb.”

İslam İnqilabının Ali Rəhbəri əlavə ediblər: “Əgər o (admin: yəni pasdıbaş Tramp) bacarırsa öz ölkəsini idarə etsin. Öz ölkəsində müxtəlif hadisələr baş verməkdədir. Onun əli minlərlə iranlının qanına bulaşmışdır. On iki günlük müharibədə generallarımızdan, alimlərimizdən əlavə mindən çox həmvətənlimizi şəhadətə yetdilər.”

Həzrəti Ayətullah Xamenei daha sonra bildiriblər: “Bu şəxs (yəni Tramp) dedi ki, mən fərman vermişəm, mən müharibədə komandanlıq edirdim, deməli etiraf edir ki, əli iranlıların qanına bulaşıb, sonra da deyir ki, mən İran Xalqının tərəfdarıyam. Bir ovuc təcrübəsiz, diqqətsiz adam düşünmədən onun sözlərinə inanırlar və qəbul edirlər və onun meylinə uyğun əməl edirlər. Zibil qutularını yandırırlar ki, o (yəni Tramp) xoşhal olsun.”

Ümüdünya Müsəlmanlarının Ali Lideri daha sonra vurğulayıblar: “Hamı bilməlidir, İslam Cümhuriyyəti yüz mindən çox şərəfli insanların tökülmüş qanı bahasına hakimiyyətə gəlib və təxribatçılar müqabilində heç vaxt geri çəkilmiyəcək, yabançıların muzdurlarına dözməyəcəkdir. Siz hər kim olursansa ol, əgər yabançıların muzduru oldunsa, yabançı üçün işlədinsə, xalq səni rədd edəcək, İslam Hakimiyyəti də səni rədd edəcək.”

İmam Xamenei həzrətləri sonra buyurublar: “O, baba (yəni Tramp) ki, qürur və noxudla orda əyləşib bütün dünya barəsində qəzavət yürüdür o da bilməlidir ki, adətən Firon, Nəmrud, Rzaxan, Muhəmməd Rza və onular kimi dünyanın istibdadçı insanları və təkəbbürlüləri qürur və təkəbbürlüyün tam qülləsində olduqları zaman məhv olmuşlar, bu da məhv olacaqdır.”

Sonda Əziz Rəhbər, buyurublar: “Əziz cavanlar, dininizi, siyasi fikirlərinizi, daim meydanda olmağınızı, hazırlığınızı və ciddiyyətinizi ölkənin tərəqqi və inkişaf uğrunda hifz edin və vəhdətinizi qoruyun. Xalq birlikdə bütün düşmənlrə qalib gələcək.”

Sizin rəyiniz

You are replying to: .
captcha