Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Son bir neçə gün ərzində Xalqın sosial problemlərə qanuni etirazlarından suistifadə edən sionist və imperialist qüvvələrin əlaltıları olan cinayətkar, terrorçu iğtişaşçılar, Qurani Kərimə, Əhli-Beytə (əleyhimus səlam), Vəliyyi Fəqih Zati Alilərinə və İslam Hakimiyyətinə qarşı təhqirlər və yalanlar səsləndirərək, dövlət əmlaklarına, dini abidələrə, və mülki şəxslərin əmlaklarına od vurub yandıraraq külli miqdarda zərərlər yetirmiş, eyni zamanda dövlət məmurlarını və mülki şəxsləri amansızcasına qətlə yetirmişlər. Bu cinayət və terror hadisələrinin ardınca İslami İranın daim səhnədə olan Qeyrətli Xalqı, o cümlədən şəhid ailələri Allahın (əzzə və cəll), Qurani Kərimin, Əhli-Beytin (əleyhimus səlam), Vəliyyi Fəqih həzrəti İmam Xamenei cənablarının və İslam Hakimiyyətinin müdafiəsinə qalxaraq, bütün İran boyunca şəhər və qəsəbələrdə xiyabanlara çıxaraq ABŞ və sionist rejiminə və İngiltərəyə qarşı şüarlar səsləndirirlər.
İslami Təbliğatın Əlaqələndirmə Şurası da öz növbəsində bütün İran Xalqını bu yürüşlərdə daha aktiv iştirak etməyə dəvət etmişdir.
Qeyd edək ki, artıq bir neçə gündür ki, İranın İnqilabçı Xalqı zöhr və şam namazlarından sonra İslam Cümhuriyyətinə dəstək olaraq xiyabanlarda yürüşlər keçirirlər.
Sizin rəyiniz