7 yanvar 2026 - 17:02
On minlərlə yəhudi Qüdsdə hərbi çağırışa qarşı etiraz etdi \ Netanyahu əlacsız qalıb \ VİDEO

Ölkənin hər yerindən ultra-ortodoks yəhudilər etiraz aksiyasında iştirak etmək üçün Qüdsdə toplaşdılar və bir çoxu 1-ci marşrut boyunca piyada yürüş keçirdi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: On minlərlə ultra-ortodoks yəhudi dini icma üzvlərinin məcburi hərbi çağırışına etiraz etmək üçün Qüds küçələrinə çıxdı.

Ynet portalının məlumatına görə, mitinqə təxminən 200.000 iştirakçı qatılıb. Etirazçılar Netanyahu hökumətindən haredi yəhudiləri, xüsusən də hazırda xidmətdən azad olan dini məktəblərdə oxuyan tələbələr üçün məcburi hərbi xidmətin tətbiqi ideyasından imtina etməsini tələb edirlər.

Sionist rejimin hər yerindən pravoslav yəhudilər-haredilər etiraz aksiyasında iştirak etmək üçün Qüdsdə toplaşıblar və sahil əraziləri ilə birləşdirən 1-ci marşrut boyunca piyada yürüş ediblər. Nəticədə polis buna görə, İsrail magistralını bir neçə saat ərzində tamamilə bağladı. Qüdsə gedən qatar xidməti də günortadan etibarən dayandırıldı...

Haredi Yəhudiləri və İsrail Ordusu

2024-cü ilin yayında İsrail Ali Məhkəməsi yekdilliklə ultra-ortodoks yəhudilərin silahlı qüvvələrə hər kəslə bərabər şəkildə çağırılması barədə qərar qəbul etdi. Hakimlər bildirdilər ki, hazırda İsraildə yeşiva tələbələrinə hərbi xidmətdən möhlət verilməsi üçün heç bir hüquqi əsas yoxdur və adi tələbələrlə yeşiva tələbələri arasında fərq qoymaq üçün heç bir əsas da yoxdur - hər kəs xidmət etməlidir. Bundan əlavə, məhkəmə tələbələri hərbi xidmətdə iştirak etməyən yeşivaların maliyyələşdirilməsini qadağan etdi.

İndiyə qədər ultra-ortodoks yəhudilər faktiki olaraq hərbi xidmətdən azad edilmişdilər. Müharibə dövründə bu istisna qızğın ictimai müzakirələrə səbəb oldu və müxalifət partiyaları dəfələrlə ultra-ortodoks kişilərin orduya çağırılmasını tələb etdilər. 2024-cü ilin əvvəlində o vaxtkı İsrail müdafiə naziri Yoav Qalant da bu tədbiri dəstəklədi.

"The Times of Israel" qəzetinin məlumatına görə, hazırda ölkədə təxminən 67.000 Haredi yəhudi hərbi xidmətə çağırılır. Qəzza zolağında hərbi əməliyyatların başlamasından sonra az sayda dindar yəhudi könüllü olaraq orduya qoşulub.

Ultra-ortodoks yəhudilər İsrail əhalisinin təxminən 13,5%-ni təşkil edir (9,45 milyon əhalisi olan ölkədə 1,28 milyon). Və Qəzza zolağında hərbi əməliyyatların başlamasından sonra İsrail ordusu pravoslav yəhudilərin də könüllü olaraq orduya cəlb olunduğunu elan edib.

Sizin rəyiniz

You are replying to: .
captcha