Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist mənbələr İordan çayının qərb sahilinin mərkəzində, Ətirət yaşayış məntəqəsi ətrafında anti-sionist əməliyyatın baş verdiyini bildiriblər. Məlumata görə, hadisə İsrail ordusu tərəfindən yüksək təhlükəsizlik həssaslığı ilə izlənilir və bununla əlaqədar genişmiqyaslı sahə tədbirləri görülüb.
İsrail ordusu xəbəri təsdiqləyərək açıqlayıb ki, İordan çayının qərb sahilinin mərkəzində, Ətirət yaşayış məntəqəsi yaxınlığında avtomobillə vurma əməliyyatı ilə bağlı məlumat daxil olub. Eyni zamanda sionist mənbələr hadisə nəticəsində Birzeyt şəhəri yaxınlığında bir qəsəbə sakininin yaralanması barədə ilkin məlumatın qeydə alındığını bildiriblər.
“Kan” telekanalının məlumatına görə, sionist rejimin təhlükəsizlik qurumları insidenti təhlükəsizlik hadisəsi kimi qiymətləndirir və hadisədə iştirak edən avtomobilin sürücüsünün axtarışını davam etdirir.
Sizin rəyiniz