Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraq Xalq Səfərbərlik Qüvvələrinin (Həşd-Şəəbi) sədri bildirib ki, bu qurum təhlükəsizlik qüvvələri ilə birlikdə vətənin müdafiəsi istiqamətində sabit və aydın xətt müəyyən edib.
O, qalib komandirlərin terror yolu ilə qətlə yetirilməsini ABŞ tərəfindən törədilmiş dövlət terrorizmi adlandırıb.
İRNA-nın məlumatına görə, Həşd-Şəəbinin sədri Faleh Fəyyaz Bağdadda keçirilən, şəhid general-leytenant Qasim Süleymaninin və şəhid Əbu Mehdi əl-Mühəndisin şəhadətinin altıncı ildönümünə həsr olunmuş rəsmi mərasimdə çıxışı zamanı bildirib: Həşd-Şəəbi və təhlükəsizlik qüvvələri vətənin müdafiəsi, təhlükəsizlik və birgəyaşayış yolunun formalaşdırılması istiqamətində sabit mövqe ortaya qoyublar. Qələbə qazanan komandirlərin terror edilməsi isə ABŞ-nin törətdiyi dövlət terrorizmidir.
Fəyyaz qeyd edib: İŞİD fəlakəti hərbi strukturun yenidən qurulmasına və Həşd əş-Şəəbinin formalaşmasına gətirib çıxardı. Onun sözlərinə görə, bəzi dairələr Həşd-Şəəbi ilə təhlükəsizlik qüvvələri arasında gərginlik yaranacağına ümid edirdilər, lakin iki tərəf arasında münasibətlər mənəvi xarakter aldı və onlar birlikdə qələbəni təmin etdilər. İŞİD dövründə İraqın təhlükəsizlik strukturu sarsılmışdı, Həşd-Şəəbi isə təhlükəsizlik aparatının yenidən qurulması üçün zəmin yaratdı. İraq iki cür terrorla – İŞİD və “əl-Qaidə” terrorizmi ilə üz-üzə qalmışdı, lakin fədakarlıqlar sayəsində qələbə əldə olundu.
Həşd-Şəəbinin sədri vurğulayıb: Meşə qanunlarının yenidən hökm sürdüyü bir şəraitdə zəiflər tapdalanır və ölkələri hədəfə alan hərbi və texnoloji güclərə qarşı xalq silahı mühüm əhəmiyyət kəsb edir.
Fəyyaz əlavə edib: Bəziləri bizimlə əlaqə qurmaqdan xəcalət çəkirlər və bu, təəssüf doğurur. Halbuki, döyüşçülərimiz ictimai birgəyaşayışı bərpa edib, torpaqları azad edərək cəmiyyətin bütün təbəqələrini müdafiə ediblər.
Sizin rəyiniz