5 yanvar 2026 - 20:17
Source: IRNA
İİR XİN “New York Times” qəzetinin yaydığı məlumatı təkzib edib

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçü müavini Möhsün Şəmsizadə “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada Amerika mediasında yayımlanan iddialarını dezinformasiya adlandırdı.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran Xarici İşlər Nazirliyinin sözçü müavini ABŞ mediasında İranın xarici işlər nazirinin cümə axşamı media rəhbərləri ilə xüsusi görüş keçirməsi ilə bağlı dərc edilən xəbəri təkzib edərək bildirib: Bəzi Qərb dairələri ən adi məsələlərdən belə dezinformasiya və süni gərginlik yaratmaq üçün istifadə etməyə çalışırlar.

XİN-in sözçü müavini Möhsün Şəmsizadə “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada Amerika mediasında yayımlanan iddialara münasibət bildirərək qeyd edib: “New York Times” qəzetində cənab Əraqçinin guya cümə axşamı media nümayəndələri ilə görüş keçirdiyi və ölkənin mövcudluğu ilə bağlı vəziyyət barədə açıqlamalar verdiyi iddia olunub.

O bildirib ki, İsrailə məxsus “İnternational” media qurumu da bu xəbəri geniş başlıqla yayımlayıb.

Şəmsizadə vurğulayıb ki, bəzi Qərb dairələri hər hansı sıradan mövzunu belə yalan məlumat və ictimai gərginlik yaratmaq üçün bəhanəyə çevirirlər.

O əlavə edib: Xarici işlər naziri və ya nazirliyin sözçüsünün xarici siyasət məsələləri ilə bağlı jurnalistlər və media nümayəndələri ilə mütəmadi və planlı görüşlər keçirməsi tamamilə normal və qəbul olunmuş bir praktikadır. Lakin ABŞ mediasının iddia etdiyi kimi, ötən cümə axşamı göstərilən xüsusiyyətlərə malik hər hansı xüsusi görüş ümumiyyətlə baş tutmayıb.

Qeyd edək ki, “New York Times” qəzeti İran İslam Respublikasının üç rəsmi nümayəndəsinə istinadən, ölkədə etirazların kəskinləşdiyi bir dövrdə hakimiyyətin yüksək vəzifəli nümayəndələrinin qapalı görüş və müzakirələrdə İran İslam Respublikasının “mövcudluq mərhələsinə daxil olduğunu” etiraf etdiklərini iddia edib.

Sizin rəyiniz

You are replying to: .
captcha