5 yanvar 2026 - 19:00
Source: IRNA
Rusiyalı ekspert: İranla hərtərəfli strateji saziş 2025-ci ilin ən mühüm hadisələrindən biri olub

İqor Matviyev Moskvada İRNA-nın müxbiri ilə videomüsahibəsində 2025-ci ilin ən mühüm hadisələri ilə bağlı suala cavabında bildirib: 2025-ci il çətin və mürəkkəb il oldu. Təəssüf ki, dünyada, o cümlədən Qərbi Asiyada daha çox qarşıdurmalar baş verdi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya Maliyyə Dövlət Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dosenti Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında 2025-ci ilin əvvəlində iki ölkə prezidentləri tərəfindən imzalanmış hərtərəfli strateji sazişə işarə edərək, bu sənədi 2025-ci ilin ən mühüm nəticələrindən biri kimi dəyərləndirib.

İqor Matviyev Moskvada İRNA-nın müxbiri ilə videomüsahibəsində 2025-ci ilin ən mühüm hadisələri ilə bağlı suala cavabında bildirib: 2025-ci il çətin və mürəkkəb il oldu. Təəssüf ki, dünyada, o cümlədən Qərbi Asiyada daha çox qarşıdurmalar baş verdi.

ABŞ-nin Venesuelaya hücumundan əvvəl qeydə alınan bu müsahibədə Matviyev qeyd edib: Qəzza əhalisinin çəkdiyi əzablar, eləcə də ABŞ və İsrail tərəfindən İrana qarşı aparılan müharibə zamanı İran xalqının yaşadığı çətinliklər Qərbin qlobal Cənub ölkələri ilə bərabərhüquqlu yeni birgəyaşayış modelini qəbul etmək istəmədiyini nümayiş etdirdi.

Rusiyalı ekspert vurğulayıb: Terrorçu qüvvələrdən və bəzi ölkələrin aqressiv siyasətlərindən irəli gələn çoxsaylı çağırış və təhdidlər hələ də mövcuddur.

Matviyev bildirib ki, Rusiya digər xalqların rifah və sülh şəraitində yaşamaq iradəsini qətiyyətlə dəstəklədiyini vurğulayaraq əlavə edib: 2025-ci ildə beynəlxalq müstəvidə Rusiya ilə İran arasında strateji tərəfdaşlıq və ortaq dəyərlər istiqamətində müsbət addımlar atılıb.

O vurğulayıb: İran və Rusiya arasında hərtərəfli strateji saziş son dərəcə mühüm əhəmiyyət daşıyır və 2025-ci ilin ən mühüm müsbət nəticələrindən birinə çevrilib. Bu sənəd hər iki ölkənin və xalqın milli maraqlarının möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq üçün ortaq iradənin aydın göstəricisidir.

Sizin rəyiniz

You are replying to: .
captcha