Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Katolik dünyasının lideri Papa Leo Milad bayramı münasibətilə ötən gün (cümə axşamı) səsləndirdiyi ilk müraciətində Qəzzədə fələstinlilərin ağır humanitar vəziyyətini pisləyib.
“Reuters” agentliyi yazır ki, ilk amerikalı papa Həzrət İsa Məsihin (əleyhi səlam) sadə bir tövlədə dünyaya gəlməsi hekayəsinə (admin: Əlbəttə bu təhrif olunmuş xristian kitablarında belədir, lakin Qurani Kərimə əsasən Həzrəti İsa Məsih şəhərdən kənarda, xurma ağacı altında dünyaya gəlib) işarə edərək bildirib: Bu, Allahın dünya xalqları arasında olduğunu göstərdi.
O, daha sonra sual edib: Bəs Qəzzadakı həftələrlə yağışa, küləyə və soyuğa məruz qalan çadırlar haqqında necə düşünməyək?
“Reuters”in məlumatına görə, may ayında kardinallar tərəfindən seçildikdən sonra ilk Milad bayramını qeyd edən Papa Leo, özündən əvvəlki Papa Fransisklə müqayisədə daha sakit və diplomatik üsluba malikdir və adətən çıxışlarında siyasi məsələlərə müdaxilə etməkdən çəkinir.
Lakin o, Qəzzadakı fələstinlilərin acınacaqlı vəziyyətini dəfələrlə pisləyib və ötən ay jurnalistlərə bildirib ki, fələstinlilər və israillilər arasında onilliklərdir davam edən münaqişəyə son qoymağın yeganə həlli müstəqil Fələstin dövlətinin yaradılmasıdır.
Ötən gün Peter Bazilikasında minlərlə insanın qatıldığı mərasimdə Papa Leo dünyadakı evsizlərin vəziyyətini və müharibələrin yaratdığı dağıntıları pisləyərək dedi: “Davam edən və ya bitmiş, dağıntılar və yaralar buraxan bütün bu müharibələrdən bezmiş müdafiəsiz xalq təhlükəli və kövrək bir vəziyyətdədir.”
Sizin rəyiniz