Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Hüquq və Beynəlxalq İşlər nazirinin müavini Qəribabadi Qum Elmi Hövzə Mərkəzinin müəllim və professorları ilə keçirilən toplantıda bildirib: Nüvə mövzusu yalnız bəhanədir və düşmənlərin İranla düşmənçiliyi İslam sisteminin mahiyyəti, ölkənin müstəqilliyi, həmçinin zalım və genişmiqyaslı sanksiyalara baxmayaraq əldə edilən inkişafdan qaynaqlanır.
Yeni ABŞ administrasiyası ilə aparılan danışıqlar bu ölkəyə tam etimadsızlıq nəzərə alınmaqla və hər hansı hərbi addıma qarşı zəruri hazırlıqlar əldə edilməklə həyata keçirilib. Danışıqlar prosesi ərzində meydan və diplomatiya bir-biri ilə tam paralel şəkildə addımlayıb.
O, İrana qarşı təcavüzkar müharibənin nüvə mövzusu və danışıqlarla əlaqəsinin olmadığını bildirərək deyib: düşmənlər uzun illərdir belə bir addıma hazırlaşırdılar və danışıqların gedişində təcavüzə əl atmaları, günahsız insanların, yaşayış məntəqələrinin və bəzi infrastruktur obyektlərinin hədəfə alınması nüvə mövzusunun yalnız bəhanə olduğunu açıq şəkildə göstərdi.
Qəribabadi vurğulayıb ki, sionist rejim və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları tam uğursuzluqla nəticələnib. Onlar nə strateji məqsədlərinə çata biliblər, nə də planlarını reallaşdıra biliblər. Əksinə, İran sionist rejimə ağır və ağrılı zərbələr endirib və onları atəşkəs istəməyə məcbur edib. Bölgədə ABŞ-yə məxsus hərbi bazaya endirilən qətiyyətli zərbə isə İranın güc və qüdrətinin göstəricisidir.
Onun sözlərinə görə, beynəlxalq müstəvidə təcavüzkarların pislənməsi ilə bağlı konsensusun formalaşması, ölkə daxilində təcavüzə qarşı milli birlik və həmrəyliyin təmin olunması, eləcə də region ölkələrinin sionist rejimi bölgənin əsas təhlükəsi kimi tanıması 12 günlük müharibə ilə bağlı xüsusi diqqət yetirilməli mühüm məqamlardandır.
Qəribabadi son müharibə dövründə Ali Rəhbərin müdrik və uzaqgörən tədbirlərini yüksək qiymətləndirərək, hərbi və iqtisadi sahələrdə güclü İranın formalaşdırılmasının, eyni zamanda xalqın problemlərinə daha çox diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Sizin rəyiniz