23 dekabr 2025 - 19:51
Source: IRNA
Sionist rejim Misirin mümkün gözlənilməz addımından narahatdır

Sionist «Natsiv» xəbər platforması kəşfiyyat hesabatlarına istinadən: Misir ordusu son dövrlərdə Sinay yarımadasında müasir hava hücumundan müdafiə sistemləri yerləşdirib. Bu sistemlər arasında Çin istehsalı olan HQ-9B HHM sistemi də var.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist media orqanı Qahirənin 1979-cu il sülh sazişinə yenidən baxdığını bildirib.

Sionist analitiklərin fikrincə, Misirin bu addımı regionda təhlükəsizlik balansını dəyişə və Tel-Əvivin hesablamalarını poza bilər.

Məlumata görə, bu məsələ Misir prezidenti Əbdülfəttah əs-Sisinin Vaşinqtona mümkün səfəri ilə bağlı yayılan xəbərlərlə eyni vaxtda gündəmə gəlib. Bununla belə, məlumatlı mənbələr hazırda onun ABŞ paytaxtında sionist rejimin baş naziri ilə görüş ehtimalını təkzib ediblər.

Sionist «Natsiv» xəbər platforması kəşfiyyat hesabatlarına istinadən bildirib ki, Misir ordusu son dövrlərdə Sinay yarımadasında müasir hava hücumundan müdafiə sistemləri yerləşdirib. Bildirilib ki, bu sistemlər arasında Çin istehsalı olan HQ-9B HHM sistemi də var.

Sizin rəyiniz

You are replying to: .
captcha