Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqın Baş Naziri Məhəmməd Şiya Əl-Sudani sionist rejimi ilə münasibətlərin normallaşdırılmasına qəti şəkildə qarşı çıxaraq deyib: "Bizə münasibətlərin normallaşdırılması yox, qardaşlıq, sevgi, birgəyaşayış və şəriətə və konstitusiyaya riayət lazımdır".
İraqın Baş naziri vurğulayıb: "Bizə münasibətlərin normallaşdırılması yox, qardaşlıq, sevgi, birgəyaşayış və şəriətə və konstitusiyaya riayət lazımdır".
O, faşist İsrail rejimin addımlarının bütün insani dəyərlərə və səmavi dinlərə zidd olduğunu vurğuladı.
Baş nazirin çıxışı Mar Yusif (Müqəddəs Yusif) Kilsəsində keçirilən Milad mərasimi zamanı edildi. Bu, Xaldey Katolik Kilsəsinin Patriarxı Luis Rafael Sakonun çıxışına birbaşa cavab idi.
Müqəddəs Milad mərasimində İraqın yüksək siyasi və dini liderləri iştirak etdilər. Əl-Sudani bu platformadan Bağdadın Fələstin məsələsi və Təl-Əvivlə münasibətləri ilə bağlı sarsılmaz mövqeyini bir daha təsdiqləmək üçün istifadə etdi.
Sizin rəyiniz