23 dekabr 2025 - 19:37
ABŞ-ın Sakit Okeandakı piratlığı davam edir; Qarət etdikləri gəmidə bir nəfər qətlə yetirildi

ABŞ-ın bu qanunsuzluğu və cinayət hərəkətləri dünya ictimaiyyətinin hiddətinə səbəb olub.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ ordusu bu gün Sakit Okeanın şərqindəki beynəlxalq sularda narkotik qaçaqmalçılığı ilə məşğul olduğu ehtimal edilən bir gəmiyə hücum etdiyini və nəticədə bir nəfərin öldüyünü açıqladı.

ABŞ Cənub Komandanlığı hücumda heç bir Amerika qüvvəsinin zərər görmədiyini açıqladı və hücumun ABŞ Hərbi Katibi Pit Heqsettin əmri ilə həyata keçirildiyini əlavə etdi.

Qeyd edək ki, ABŞ Cənub Komandanlığı, ABŞ ordusunun Sakit Okeanın şərqində etdiyi piratlığına narkotik qaçaqmalçılığı ilə mübarizə donunu geyindirsə də, lakin iddialarına dair xırda dəlil belə gətirməyiblər. Və ABŞ-ın bu qanunsuzluğu və cinayət hərəkətləri dünya ictimaiyyətinin hiddətinə səbəb olub.

Sizin rəyiniz

You are replying to: .
captcha