Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya sənaye, ticarət və biznes sahəsində fəaliyyət göstərən fikir adamı və fəal, general-leytenant Qasım Süleymaninin şəhadətinin ildönümü ərəfəsində 2015–2017-ci illərdə şəhidlə baş tutmuş bir neçə görüşü ilə bağlı xatirələrini bölüşüb.
Hazırda Rusiyanın ən böyük dövlət geologiya holdinqi olan “Rusgeologiya”nın rəhbərinin müşaviri vəzifəsində çalışan Dmitri Malişev həmin illərdə ölkənin enerji sənayesində fəaliyyət göstərib və dövlətə məxsus “Qazprom” şirkəti ilə əlaqədar missiyaları yerinə yetirib.
Rusiyalı fəal bildirib ki, General Süleymani ilə tanış olmaq və onunla söhbət etmək şərəfinə nail olub və “Qazprom”un nümayəndəsi qismində onunla bir neçə dəfə görüşüb.
O qeyd edib ki, general Süleymani ilə görüşlər 2015–2017-ci illərdə İranda, onun regionda terrorizmlə mübarizəyə rəhbərlik etdiyi və bu səbəbdən çox sıx iş qrafikinə malik olduğu bir dövrdə baş tutub.
Malişev vurğulayıb ki, bir Rusiya vətəndaşı kimi general Süleymani ilə İran-Rusiya münasibətləri, bu əlaqələrin dərinləşdirilməsi və gələcək perspektivləri barədə danışmaq onun üçün böyük qürur mənbəyi olub.
O əlavə edib: General Süleymani ilə ilk söhbətim bir saat davam etdi və artıq həmin ilk görüşdə onun uca məqamlı bir insan və İran xalqının qəhrəmanı olduğunu anladım.
Rusiyalı fəal general Süleymanini cəsur, sözündə və davranışında etibarlı və səmimi bir şəxs kimi xarakterizə edərək bildirib ki, o, hər zaman öz xalqının mənafelərini qorumağa çalışırdı və onun düşüncəsindəki hikmət xüsusi diqqət çəkirdi.
Malişev general Süleymaninin itkisinin çox böyük faciə olduğunu qeyd edərək deyib: haqlı olaraq demək olar ki, o, terror aktının qurbanı oldu.
Sizin rəyiniz