25 dekabr 2025 - 14:14
Source: IRNA
İranın BMT-dəki nümayəndəliyi: İrana qarşı müharibədəki roluna açıq şəkildə etirafı edən İsrail rejiminin “diplomatiya”dan danışması təəccüblüdür

İranın BMT-dəki nümayəndəliyi: Sıfır zənginləşdirmə və məcburiyyət dialoq anlayışı ilə uzlaşmır

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəliyi çərşənbə günü yerli vaxtla bəyan edib ki, İsrail rejiminin İrana qarşı müharibəsinin hazırlanması və əlaqələndirilməsində öz əsl rolunu açıq şəkildə etiraf edən bir tərəfdən “diplomatiya” barədə nəsihətlər eşitmək heyrət doğurur.

Nümayəndəlik vurğulayıb ki, sıfır zənginləşdirmə tələbi, vaxt ultimatumları və məcburetmə tədbirləri diplomatik terminlərlə pərdələnsə belə, mahiyyət etibarilə qarşılıqlı anlaşmaya əsaslanan proses deyil; əksinə, məqsədin razılaşma yox, təslim etdirmə olduğunu nümayiş etdirir. İranın mövqeyi güc siyasətinə deyil, hüququn aliliyinə əsaslanır.

Sizin rəyiniz

You are replying to: .
captcha