Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Faşist sionist rejim ordusu Livanın cənubunda Hizbullahın hərbi infrastrukturunu bərpa edən iki Livanlını terror etdiyini iddia edib.
İşğalçı sionist rejim ordusu açıqlamasında hər iki Livanının Hizbullahın üzvləri olduğunu qeyd edərək bildirib: “Dünən Livanın cənubundakı Yatır bölgəsində iki Hizbullah üzvü hədəfə alınıb. Hücum zamanı bölgədə hərbi infrastrukturu bərpa etməyə çalışan bir Hizbullah üzvü öldürülüb və onun fəaliyyəti İsrail ilə Livan arasında razılaşmaların pozulması hesab edilib.”
Digər tərəfdən, Livan Səhiyyə Nazirliyi bazar günü İsrailin Livanın cənubundakı Yatır şəhərinə iki hava hücumunda bir nəfərin öldüyünü və bir nəfərin yaralandığını açıqlayıb.
Açıqlanan məlumata görə, ilk hücum Yatırda, Bint Cbeildə bir sərnişin avtomobilini hədəfə alıb və nəticədə avtomobil yanıb. Təxminən 15 dəqiqə sonra İsrail pilotsuz təyyarəsi eyni şəhərdə motosikletə daha bir hücum həyata keçirdi və bu da onun yanmasına səbəb oldu.
Sizin rəyiniz