22 dekabr 2025 - 14:44
Əl-Nücəba: ABŞ və Türkiyə işğalçı qüvvələrinin tamamilə geri çəkilməsi İraq Müqavimətinin tərkisilah olması üçün şərtdir

İraqın Müqavimət Qüvvələrindən olan Əl-Nücəba Hərəkatı bildirib: “Müqavimət silahlarından yalnız bir şətlə imtina edəcək ki, Amerika və Türkiyə qüvvələri İraqdan tamamilə geri çəkilsinlər.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqın Müqavimət Qüvvələrindən olan Əl-Nücəba Hərəkatının siyasi bürosunun üzvü Heydər Əl-Lami bazar ertəsi günü, Əl-Məaluma Xəbər Agentliyinə verdiyi müsahibədə deyib: "Silah embarqosu və tərksilah anlayışları arasında fərq var, lakin ABŞ və onunla əlaqəli medialar bunları eyni göstərir."

O, sözünə davam edərək deyib: “ABŞ-ın hərbi mövcudluğunun davam etməsi İraq sistemi və siyasi proses üçün təhlükədir və İraq torpağında Türkiyənin geniş hərbi mövcudluğu ölkəmizin siyasi sisteminin müdafiəsi vasitəsi kimi Müqavimətin silahlarına ehtiyac duyulmasının başqa bir səbəbidir.”

Əl-Nücəba siyasi bürosunun üzvü qeyd edib: “Bu hərəkatın silahları heç vaxt hökumətə və ya onun qurumlarına qarşı istifadə edilməyib, çünki Əl-Nücəba siyasi sistemin bir hissəsidir və onun qurumlarını müdafiə edir.”

Heydər Əl-Lami daha sonra vurğuladı: “ABŞ-ın müqaviməti tərksilah etmək tələbləri İraq, Cənubi Livan və Yəmən də daxil olmaqla, bölgədəki azadlıq qüvvələrinə qarşı daha böyük bir planın bir hissəsidir. Buna görə də Əl-Nücəba Hərəkatı silahlarını yalnız Amerika və Türkiyə işğalçı qüvvələrinin İraq torpağından tamamilə geri çəkildikləri təqdirdə yerə qoyacaq.”

Sizin rəyiniz

You are replying to: .
captcha