25 dekabr 2025 - 14:02
Source: IRNA
SEPAH Fars körfəzində 4 milyon litr qaçaq yanacaq daşıyan gəmini saxladı

Saxlanılan gəmi ilə bağlı materiallar əlavə araşdırma aparılması üçün məhkəmə-hüquq orqanlarına göndərilib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) Hərbi-Dəniz Qüvvələri Fars Körfəzi sularında qanunsuz fəaliyyət göstərən bir neft tankerini saxlayıb.

SEPAH Hərbi-Dəniz Qüvvələrinin Birinci Dəniz Bölgəsinin komandanı kontr-admiral Qulamşahi bildirib ki, Birinci Dəniz Bölgəsinin hərbi qulluqçuları dəqiq əməliyyat və tam kəşfiyyat məlumatları əsasında İran İslam Respublikasının ərazi sularını tərk etmək niyyətində olan, göyərtəsində 16 nəfər qeyri-iranlı heyət üzvü olan və 4 milyon litr qaçaq yanacaq daşıyan bir gəmiyə müdaxilə edərək onu saxlayıblar.

Saxlanılan gəmi ilə bağlı materiallar əlavə araşdırma aparılması üçün məhkəmə-hüquq orqanlarına göndərilib.

Sizin rəyiniz

You are replying to: .
captcha