18 dekabr 2025 - 19:28
ABŞ-ın piratlığı \ Trampın əmrilə açıq sularda yenidən bir qayığa zərbə endirildi

ABŞ açıq sularda yenidən bir qayığa zərbə endirib

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ ordusu Sakit Okeanın şərqində narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu ehtimal edən bir qayığa heç bir dəlil və sübut olmadan zərbə endirib və nəticədə dörd nəfərin həyatına son qoyub.

ABŞ Cənub Komandanlığı sosial mediada iddalarına heç bir sübut gətirmədən qayığın narkotik terrorçuları tərəfindən məlum qaçaqmalçılıq yolu ilə idarə olunduğunu iddia edib. ABŞ ordusu sadəcə əməliyyatdan əvvəl suda hərəkət edən bir qayığın çəkdiyi videosunu yayımlayıb.

Venesuelaya hücumu şərtləndirən qətnamə ABŞ Nümayəndələr Palatasında səsvermədə qəbul edilməyib.

ABŞ Nümayəndələr Palatasının Respublikaçıları çərşənbə günü prezident Donald Trampın narkotik kartellərinə və Venesuelaya qarşı hərbi güc tətbiq etmək səlahiyyətini məhdudlaşdıracaq Demokratların dəstəklədiyi iki qətnaməni rədd ediblər.

Sizin rəyiniz

You are replying to: .
captcha