Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Müqəddəs Müdafiə Elm və Təhsil Tədqiqat İnstitutunun rəhbəri general-mayor Seyid Yəhya Səfəvi Səfərbərlik, İnkişaf və Davamlı Təhlükəsizlik Konfransında deyib: İran 15 ölkə ilə qonşudur və əgər bu ölkələrlə münasibətlərini gücləndirərsə, Amerika sanksiyaları təsirli ola bilməz və İranın iqtisadi münasibətlərini idarə edə bilməz.
Müqəddəs Müdafiə Elm və Təhsil Tədqiqat İnstitutunun rəhbəri bildirib: Müxtəlif qurumların iştirakı ilə bölgədə iqtisadi və təhlükəsizlik məlumatlarını müşahidə etmək, izləmək və təhlil etmək üçün bir mərkəz yaratmağa ümid edirik ki, bu mərkəz aylıq olaraq məlumatları izləyəcək və ictimaiyyəti məlumatlandıracaq.
Konfransın digər vacib məqsədi hökumət, hərbi qüvvələr və İslam Şurası Məclisi də daxil olmaqla müvafiq qurumlara təqdim ediləcək yekun hesabatı sənədləşdirmək və hazırlamaqdır. Bu hesabat qaçaqmalçılığın qarşısını almaq və regionun iqtisadi təhlükəsizliyini gücləndirmək üçün həll yollarını əhatə edəcək. Ümid edirik ki, bu konfrans regionun davamlı və iqtisadi inkişafına töhfə verə biləcək müxtəlif qurumlar üçün təklif olunan strateji sənəd təqdim edəcək.
Sizin rəyiniz