14 dekabr 2025 - 19:32
Sidneyin Hanuka bayramında yəhudiləra qarşı baş vermiş terror aktında sionistlərin görünən aydın izləri

Avstraliya xəbərləri göstərir ki, Avstraliyanın Sidneyin Bondi Çimərliyi ərazisində Hanuka bayramı zamanı kütləvi atışma baş verib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bu gün Avstraliya mənbələri Sidneyin Bondi Çimərliyi ərazisində keçirilən Hanuka bayramı zamanı kütləvi atışma baş verdiyini bildiriblər.

Bu hadisəni Avstraliya və Sionist qəzetləri və mediasının perspektivindən araşdırmadan əvvəl, bir sual vermək çox vacibdir: “Nə üçün sionizimi himayət edən yəhudi mərasimləri hədəfə alınır?! İsrail rejiminin Fələstində onlarla cinayət və qətl törətməsi və Qəzzaya qarşı iki il davam edən amansız sionist təcavüzünün nəticəsi dünyanın müxtəlif yerlərinin sionist ünsürləri üçün xətərə çevrilməsindən başqa bir şey deyildir.

Etiraf etmək lazımdır ki, sionist rejimi üçün şərait gündən-günə daha da çətinləşəcək.

"Sydney Morning Herald" qəzeti hadisədə onlarla cühüdün öldüyünü və yaralandığını, əyləncə iştirakçılarının çoxunun isə qaçaraq gizləndiyini təsdiqləyib.

Avstraliya polisi bildirib: "Bondi çimərliyində təhlükəsizlik əməliyyatı aparılır və ictimaiyyətdən əraziyə girməməyi xahiş edirik". Polis həmçinin atəş açılması barədə verilən xəbərlərdən sonra iki nəfərin həbs olunduğunu qeyd edib.

Sidneyin Hanuka bayramında yəhudiləra qarşı baş vermiş terror aktında sionistlərin görünən aydın izləri

Bu arada, bir britaniyalı turist AFP-yə bildirib ki, o, "Sidneyin məşhur Bondi çimərliyində qara geyimli və əllərində yarımavtomat tüfənglər daşıyan iki silahlı kişi" görüb və əlavə edib ki, o, güllə yarası alan bir neçə nəfər görüb.

Digər tərəfdən, sionist rejimin rəhbəri İsaak Herzoq Bondi çimərliyində bir qrup yəhudini hədəf alan silahlı hücumu pisləyərək deyib: “Sidneydəki qardaş və bacılarımız ilk Hanuka şamını yandırarkən vəhşicəsinə terror hücumunun hədəfi oldular!”

“Times of Israel” qəzetinin məlumatına görə, İsaak Herzoq Avstraliya hökumətini “bu ölkədəki yəhudi icmalarına qarşı böyük bir antisemitizm dalğası” adlandırdığı hadisəyə qarşı çıxmağa çağırıb.

O, əlavə edib: “Biz dəfələrlə Avstraliya hökumətinə bu təhlükəli antisemitizm dalğası ilə mübarizə aparmaq üçün tədbir görməli olduğu barədə xəbərdarlıq etmişik.”

İsrailin “Yedioth Ahronoth” qəzeti Bondi çimərliyində yəhudilərin Hanuka bayramı münasibətilə şənlik keçirildiyini bildirib və qeyd edib ki, hədəf alınan şənlikdə təxminən 2000 cühüd iştirak edib.

Hadisədən sonra Sidney yəhudilərinə hücumun, ehtimal ki, İsrailin özünün işi olduğu barədə müxtəlif fikirlər yayılır, çünki sionistlər və İsrail rejimi son iki ildə Qəzza və Livanda törədilən cinayətlər səbəbindən qlobal mövqelərini itiriblər və bu məsələni geri qaytarmaq üçün özlərini terror və vəhşiliyin qurbanı kimi göstərməkdən başqa çarəsi yoxdur.

7 oktyabr hadisəsində də tutarlı video və foto sübutlar vardır ki, yüzlərlə yəhudi sionistlər tərəfindən öldürülüb və onlar hətta bu məqsədlə öz xalqlarını qurban verməyə də hazır olublar. 7 oktyabr əməliyyatında İsrail helikopterinin yüzlərlə sionisti qətlə yetirməsi artıq sübuta yetmişdir. İsrail rejimi bu hadisəni əvvəlcə təkzib etdi; lakin sonradan onlar bu məsələnin səhvən baş verdiyini bildiriblər!

Sizin rəyiniz

You are replying to: .
captcha