14 dekabr 2025 - 21:12
Source: IRNA
Pezeşkian: BRİKS üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün yeni ünsiyyət modeli təqdim edə bilər

Pezeşkian İran İslam Respublikası və Efiopiyanın BRİKS təşkilatında birgə üzvlüyünə toxunaraq, bu çoxtərəfli platformanı qarşılıqlı əlaqələrin genişləndirilməsi, iqtisadi və siyasi münasibətlərin dərinləşdirilməsi, eləcə də beynəlxalq sistemdə birtərəfli yanaşmalara qarşı mübarizə üçün dəyərli və strateji bir çərçivə kimi dəyərləndirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Prezident Efiopiya parlamentinin sədri ilə görüşündə İranın Efiopiya ilə münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayaraq bildirib ki, bu məqsədin reallaşması birgə əməkdaşlıq komissiyasının fəallaşdırılmasını, ortaq məqamların dəqiq müəyyənləşdirilməsini, tamamlayıcı potensialların aşkarlanmasını və qarşılıqlı maraqlara əsaslanan dialoq, razılaşma və anlaşma yolunda irəliləyişi tələb edir.

O, qeyd edib: Mövcud rəsmi mexanizmlərdən məqsədyönlü istifadə iki ölkə arasında əməkdaşlıq prosesinin sürətlənməsinə səbəb ola bilər.

Pezeşkian İran İslam Respublikası və Efiopiyanın BRİKS təşkilatında birgə üzvlüyünə toxunaraq, bu çoxtərəfli platformanı qarşılıqlı əlaqələrin genişləndirilməsi, iqtisadi və siyasi münasibətlərin dərinləşdirilməsi, eləcə də beynəlxalq sistemdə birtərəfli yanaşmalara qarşı mübarizə üçün dəyərli və strateji bir çərçivə kimi dəyərləndirib.

O əlavə edib ki, BRİKS milli suverenliyə, ərazi bütövlüyünə, ölkələrin müxtəlif mədəniyyət və sivilizasiyalarına qarşılıqlı hörmət əsasında yeni ünsiyyət modeli təqdim edə, qlobal səviyyədə ədalətli və balanslı əməkdaşlığa zəmin yarada bilər.

Pezeşkian vurğulayıb: İran İslam Respublikası məsuliyyətli yanaşma ilə və region ölkələri ilə birlikdə davamlı sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində rol oynamağa hazırdır.

Sizin rəyiniz

You are replying to: .
captcha