Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fələstin məhəllələrində məcburi köçürmə siyasəti daha da güclənib. Silvanın Batin əl-Hava məhəlləsindəki iki ailəyə - Şuveyk və Odeyə evlərini boşaltmaq əmri verilib; əmrlər ekstremist "Attiret Kohenim" qrupunun xeyrinə verilib.
Bundan əlavə, yəhudi işğalçı qüvvələr Batin əl-Havadakı Əl-Rəcəbi ailəsinin əmlakına basqın edib və onlara son köçürmə bildirişi göndəriblər.
Üç yaşayış məntəqəsindən ibarət olan əmlakda hazırda köçkünlük həddində olan uşaqlar və yaşlılar da daxil olmaqla təxminən 50 nəfər yaşayır.
Bütün bu cinayət və faşist hərəkətlər dünya ictimaiyyətinin gözü önündə davam edir.
Sizin rəyiniz