9 dekabr 2025 - 20:09
Sionist rejim bir daha Livanın cənubuna Şiə Məntəqələrinə quru və havadan hücum etdi

Faşist İsrail rejimi Şiələrin kompakt yaşadıqları Livanın cənubunun bəzi hissələrinə qurudan istifadə edərək etdiyi hücumu ilə eyni vaxtda Livanın başqa ərazilərinə də hava hücumları tətbiq edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Məyadin xəbər agentliyinin məlumatına görə, sionist rejimin ordusu cənubi Livandakı Aita əl-Şaab şəhərinin kənarındakı Rahib nöqtəsindən Tele Şavata doğru irəliləyib.

Eyni zamanda, Livanın cənubundakı Cəbəl Səfi bölgəsi və Əl-Tuffah bölgəsinin də sionist rejimin hava hücumlarının hədəfinə çevrildiyi bildirilir.

İndiyə qədər bu hücumlar nəticəsində mümkün itkilər barədə heç bir məlumat dərc olunmayıb.

Xəbərdə həmçinin bir neçə dəqiqə əvvəl "Nabatiyyə" və "Sidon" şəhərləri arasında yerləşən "Vadi İzza"nın da sionist rejimin hava hücumlarının hədəfinə çevrildiyi göstərilir.

Təcavüz aktı olaraq sionist rejimi cənubi Livandakı Vadi Rumin bölgəsini də bombalayıb.

Russia Today-in məlumatına görə, Cəbəl Safi bölgələri də 6 dəfə, cənubdakı Vadi Rumin bölgəsi isə 2 dəfə bombardman edilib.

Sizin rəyiniz

You are replying to: .
captcha