Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri naziri Seyyid Rza Salehi-Əmiri bildirib: Hazırda İranın YUNESKO-nun Dünya İrsi Siyahısında 20 maddi və 28 qeyri-maddi irs nümunəsi qeydiyyatdan keçib və bu göstərici ilə ölkə ilk 10 dövlət arasında qərarlaşıb.
Nazirin sözlərinə görə, Ələmut qalası kompleksi, Masule və bir sıra Cümə məscidləri qeydiyyat üçün növbədədir və İranın digər bir çox irs nümunələri də beynəlxalq qeydiyyat potensialına malikdir.
Salehi-Əmiri qeyd edib: YUNESKO tərəfindən irsin qeydiyyatı prosesində zaman məhdudiyyəti və növbə sırası mövcud olduğundan sənədləşmə mərhələli qaydada aparılır.
Onun sözlərinə görə, İran yüzlərlə digər tarixi və mədəni irs obyektini də dünya qeydiyyatına təqdim etməyə hazırdır.
Sizin rəyiniz