22 noyabr 2025 - 16:37
Source: IRNA
İran: Kanadanın anti-İran qətnamə layihəsi tamamilə siyasi və dağıdıcıdır

İranın BMT-dəki nümayəndəliyinin müavini Qulamhüseyn Dərzi Kanadanın anti-İran qətnamə layihəsi ilə bağlı etirazını bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın BMT-dəki nümayəndəliyinin müavini Qulamhüseyn Dərzi Kanadanın anti-İran qətnamə layihəsi ilə bağlı bildirib: İran İslam Respublikası bu layihənin tamamilə siyasi, seçmə və dağıdıcı motivlərə əsaslandığını vurğulayaraq, ona qəti şəkildə etiraz edir.

O əlavə edib: Biz bu layihənin həm məzmununu, həm də onun arxasında dayanan niyyəti rədd edirik. Bu layihə nə bir proses çərçivəsində müzakirə edilib, nə də tərəflər arasında razılaşdırılıb. Hər il eyni ölkə tərəfindən irəli sürülərək, digər ölkələrə qəbul etdirilməyə çalışılır. Bu, yalnız həmin ölkənin siyasi məqsədlərinə xidmət edir, insan hüquqları prinsiplərinə isə heç bir aidiyyəti yoxdur.

Qətnamə layihəsi nə obyektiv qiymətləndirmə təqdim edir, nə də balanslı yanaşma sərgiləyir; həmçinin ölkənin insan hüquqları sahəsində əldə etdiyi nailiyyətləri, mövcud milli prosesləri və İran hökumətinin iqtisadi-sosial inkişafın artırılması və Konstitusiya ilə beynəlxalq öhdəliklərə uyğun hüquqi təminatların gücləndirilməsi istiqamətindəki səylərini tamamilə görməzdən gəlir.

Sizin rəyiniz

You are replying to: .
captcha