20 noyabr 2025 - 14:32
Source: IRNA
İran dünyanın ən böyük xurma ixracatçısıdır

Məhəmmədzadə: “İran ildə 430 min ton xurma ixrac etməklə dünyanın ən böyük ixracatçısı sayılır...”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xurma üzrə milli işçi qrupunun üzvü Əbülqasim Məhəmmədzadə bildirib: “İran ildə 1,5 milyon ton xurma istehsalı, 300 min hektardan artıq əkil sahə və 430 min ton ixrac həcmi ilə bu məhsulun dünyada ən böyük ixracatçısıdır.”

O, qeyd edib: “İran ildə 430 min ton xurma ixrac etməklə dünyanın ən böyük ixracatçısı sayılır. Onun ardınca Səudiyyə Ərəbistanı 390 min ton, Birləşmiş Ərəb Əmirlikləri isə 330 min ton ixracla növbəti yerləri tutur. İranın xurma ixracının dəyəri təxminən 430 milyon dollar məbləğində qiymətləndirilir.”

Sizin rəyiniz

You are replying to: .
captcha