Əhli-Beyt (səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri, Seyyid Kamal Xərrazi, CNN-ə verdiyi müsahibədə, bərabərlik və qarşılıqlı hörmət prinsipinə riayət etməyi ABŞ ilə hər hansı bir danışıqlar üçün zəruri şərt adlandırıb.
Bu barədə o, vurğulayıb: Danışıqların mövzusu və prosesinin aydın olması üçün danışıqlar gündəliyi əvvəlcədən razılaşdırılmalıdır.
Seyid Kamal Xərrazi bildirib: Onlar ilk addımı atmalı və müəyyən etdiyimiz şərtlərə əsasən bizimlə əlaqə qurmağa hazır olduqlarını göstərməlidirlər.
İran İslam Respublikasının Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri, İranın nüvə proqramının "yerli" olduğunu bildirərək, deyib: Bu qabiliyyət alimlərimizin və mühəndislərimizin bacarıq və biliklərinə əsaslanır və zorla məhv edilə bilməz.
O, İran ballistik raket proqramının müzakirə predmeti olmadığını bildirdi və dedi: ABŞ və digərləri ilə əlaqə qurmağa hazır olduğumuz yeganə məsələ nüvə məsələsidir. Biz raket fəaliyyətimiz də daxil olmaqla, digər məsələlərdə başqaları ilə danışıqlar aparmayacağıq və raketlərimizi təkmilləşdirmək üçün ata biləcəyimiz addımlara da laqeyd qalmayacayıq.
Xərrazi Trampla bağlı deyib: Əgər o, müsbət yanaşmaya başlasa, mütləq bizim əks tədbirlərimizlə qarşılaşacaq. Bunun üçün onlar İrana qarşı hər hansı bir güc tətbiqindən çəkinməlidirlər. Onlar bunu əvvəllər də sınaqdan keçiriblər və indi bilirlər ki, güc yolu işləmir.
Sizin rəyiniz